Barbados hökuməti simvolik bir addım olaraq Kraliça II Elizabeti dövlət başçısı vəzifəsindən uzaqlaşdırmağı planlaşdırır.
Milli.Az Oxu.az-a istinadən xəbər verir ki, yerli siyasətçildər bunu ölkəni Böyük Britaniya ilə birləşdirən "göbək bağını kəsmək" kimi qiymətləndiriblər.
II Elizabetin vəzifəsindən rəsmi şəkildə uzaqlaşdırılması noyabrın 30-a gözlənilir.
Eyni zamanda Barbados general-qubernatoru Sandra Meyson ölkə prezidenti rütbəsi ilə rəsmi dövlət başçısı olacaq.
Barbados - Şərqi Karib dənizindəki Kiçik Antil adalarında yerləşən prezident respublikasıdır. Ölkə 1966-cı ildə Böyük Britaniyadan müstəqillik qazansa da, hələ də Britaniya Millətlər Birliyinin bir hissəsi olmağa davam edir.