Pakistan və Türkiyənin qardaşlıq əlaqələri var.
Axar.az xəbər verir ki, bu barədə Pakistanın Ankaradakı səfirliyi “Sputnik”ə açıqlamasında deyib.
“Son zamanlar müxtəlif sahələrdə əməkdaşlıq və qarşılıqlı fəaliyyətin artması sayəsində ikitərəfli münasibətlər yeni zirvələrə yüksəlib. İki ölkənin liderləri mütəmadi olaraq bir-biri ilə əlaqə saxlayırlar. Hər iki ölkə ümumi regional məqsədləri bölüşür və Əfqanıstan da daxil olmaqla, müxtəlif məsələlərdə yaxından əməkdaşlığı davam etdirir. Əfqanıstanda sülhün və sabitliyin təşviqi ümumi beynəlxalq məsuliyyətdir və Əfqanıstanda hər hansı humanitar fəlakətin qarşısını almaq üçün davamlı beynəlxalq əlaqə çox vacibdir”, - deyə səfirlikdən bildirilib.