Azərbaycanda 15 yaşı tamam olmamış şəxslərə yeni şəxsiyyət vəsiqəsi veriləcək.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə məsələ "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, yeni şəxsiyyət vəsiqəsində vətəndaşın şəkili də əksini tapacaq.
Layihəyə əsasən, 15 yaşı tamam olmamış vətəndaşın əl-barmaq izləri götürülməyəcək, habelə ona verilən şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısına vətəndaşın ailə vəziyyəti, boyu, gözlərinin rəngi, hərbi vəzifəsi, vətəndaşın uşaqlarının soyadı və adı, vətəndaşın istəyi əsasında onun gücləndirilmiş elektron imzası ilə əlaqədar sertifikatlar, akkreditə edilmiş sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş elektron imza yaratma və elektron imzanı yoxlama məlumatları (imza yaratma məlumatları oxunuş üçün bağlıdır) daxil edilməyəcək.
Qeyd edək ki, dəyişikliklər Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.