13:13
Vladimir Putin Xarici İşlər Nazirliyinin kollegiyasında çıxışı zamanı bir neçə cümlə ilə Azərbaycan-Ermənistan sərhədində baş verənlərə toxundu.
Axar.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Kreml sahibinin vəziyyətin nizamlanmasında rusiyalı sülhməramlı kontingentə böyük ehtiyacın yarandığının bir daha sübut oldunduğunu deməsi “ikibaşlı” ifadədir:
“Toqquşma sərhəddə yaşanıb, rusiyalı sülhməramlılar isə Qarabağın bir hissəsində müvəqqəti yerləşiblər. Putinin bu sözləri Ermənistanamı ünvanlanıb və rus sülhməramlılarının sərhəddə də yerləşəcəyi anlamına gəlirmi?”
Bu suala cavab verməyin hazırda mümkün olmadığını vurğulayan politoloqun sözlərinə görə, Azərbaycan-Ermənistan sərhədi qeyri-müəyyəndir, Azərbaycan Ordusu isə sərhədini SSRİ xəritələri əsasında bərpa edir.
Qeyd edək ki, bu gün Ermənistan parlamentinin müvafiq komissiyası Rusiyanın sərhədlərin müəyyənləşməsi ilə bağlı təklifinə İrəvanın müsbət cavab verdiyini və prosesə başlamağa hazır olduğu haqda yazılı məktubun Moskvaya göndərildiyini açıqlayıb.