Çinin Hindistan torpaqları üzərindəki iddialarını heç vaxt qəbul etməyəcəyik.
Axar.az xəbər verir ki, bu sözləri Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi deyib.
“Çin illərdir ki, işğal etdiyi ərazilər də daxil olmaqla, sərhəd bölgələrdə qanunsuz tikinti aparmaqdadır. Nə torpaqlarımızın işğalını, nə də Çinin haqsız iddialarını qəbul edirik. Etirazımızı hər zaman diplomatik yollarla bildirməyə davam edəcəyik”, - deyə XİN rəsmisi bildirib.
Qeyd edək ki, Çin-Hindistan sərhədində yerləşən Ladakx bölgəsi ixtilaflı ərazi sayılır. Tərəflər arasında müəyyən zamanlarda lokal qarşıdurmalar yaşanıb.