Meksikanın Çiapas ştatının Palenke rayonunda iki mikroavtobusun toqquşması nəticəsində 12 nəfər ölüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə bölgənin prokurorluğu xəbər verib.
Məlumatda qeyd olunub: "Nəzərinizə çatdırırıq ki, 12 nəfər ölüb, Honduras vətəndaşı olan daha üç nəfər yaralanıb".
Ağır yanıq xəsarətləri alan uşaq da daxil olmaqla əcnəbilər Palenke xəstəxanalarından birinə aparılıb və onlara yardım göstərilib.