Dekabrın 1-dən Gürcüstanda “Yaşıl pasport” rejimi tətbiq ediləcək.
Axar.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri İrakli Qaribaşvili məlumat verib.
Onun sözlərinə görə, dekabrın 1-dən ölkədə bəzi yerlərə və obyektlərə daxil olarkən COVİD-19 pasportu tətbiq olunacaq. “Yaşıl pasport”da vətəndaşın koronavirus keçirməsi, PCR testlərinin nəticələri və vaksinasiya kursu barədə informasiyalar qeyd olunacaq.
İ.Qribaşvili vurğulayıb ki, koronavirusa yoluxmuş şəxsə də “yaşıl status” veriləcək.
Baş nazir COVİD-19 pasportunun tələblərinin 18 yaşdan yuxarı vətəndaşlara və turistlərə şamil olunacağını deyib.
“Dekabrın 1-dən etibarən vətəndaşlar və turistlər müxtəlif obyektlərə “yaşıl pasport” təqdim etməklə daxil ola biləcəklər. Bu qayda həmin obyektlərdə çalışanlara deyil, yalnız ziyarətçilərə aid ediləcək”, – Qaribaşvili vurğulayıb.