ABŞ-da Prezident Co Baydenin hakimiyyətə gəlməsi Kiyevin Moskva ilə qarşıdurmadakı mövqeyini ciddi şəkildə pisləşdirdi.
Axar.az xəbər verir ki, bunu ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan zabiti Harri Tabax deyib.
Onun sözlərinə görə, bu gün Ukraynanın manevr imkanları kəskin şəkildə azalıb və Rusiya da öz növbəsində onu bu kiçik pladstarmdan silə bilər.
“Bayden Ukraynanın onun üçün önəmli olmadığını, Putinlə bir yerdə oynadığını göstərir. Ukrayna onun üçün o qədər önəmsizdir ki, ora səfir göndərməyə belə hazır deyil. Orada ona ehtiyac yoxdur. Ukrayna yetimdir. Putin isə bütün bunları hədiyyə kimi qəbul edir”, - Tabax bildirib.