Qərb ölkələrinin əhalisinin qocalmağa başladığı, Şərqdə təhsil və infrastruktur problemlərinin hələ də həll olunmadığı bir vaxtda ölkəmiz gənclərdən aldığı güclə gələcəyinə ümidlə baxır.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Yaşadığımız hər bir təcrübə, üzləşdiyimiz hər bir çətinlik millətimizin məqsədlərinə çatmaq əzmini gücləndirir. Anadoluda ilk dövlətimiz Səlcuqluların paytaxtı Konyada keçirilən Türkiyə Sahibkarlar Toplantısı hamımızı böyük və qüdrətli Türkiyə qurmaq üçün ruhlandıracaq”, - deyə Ərdoğan bildirib.