Tundra həqiqətən yanır, lakin unutmayaq ki, Kaliforniyada, Türkiyədə və dünyanın digər ölkələrində də meşələr yanır. Bunlar məhz iqlim dəyişikliyinə görə üzləşdiyimiz nəticələridir.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ lideri Co Baydenin sözlərini şərh edərkən deyib.
“Biz məsələnin belə qoyulması ilə razılaşmırıq”, - deyə Kreml sözçüsü bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Bayden Rusiyada tundra meşələrinin yandığını, lakin Vladimir Putinin iqlim dəyişiklikləri ilə bağlı müzakirələrə gəlməməklə buna səssiz qaldığını deyib.