Türkiyənin İYİ Partiyasının sədri Maral Akşənər partiyanın qrup iclasındakı nitqində ciddi səhvə yol verib.
Axar.az xəbər verir ki, partiya sədri PKK terror təşkilatının lideri Abdullah Öcalandan danışarkən “sayın Öcalan” sözlərini işlədib.
Partiya üzvləri tərəfindən xəbərdarlıq edildikdən sonra Akşənər “Türk millətindən üzr istəyirəm” deyib.