Niderlandda karantin rejimi ilə bağlı qaydalar yenidən sərtləşdirilir.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb ölkədə yoluxma sayında çoxalmanın müşahidə olunmasıdır.
Hökumətin yeni qərarına əsasən, noyabrın 6-dan etibarən açıq-qapalı məkanlarda və əhalinin sıx olduğu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq. Bu gündən etibarən isə iş saatların yarısının evdən davam etdirilməsi tapşırılıb. Bundan başqa, 1,5 metrlik sosial məsafəyə də mütləq əməl olunmalıdır.
Qeyd edək ki, Niderlandda sentyabrda tibbi maska ilə bağlı tələb aradan qaldırılmışdı.