Əfqanıstanda hərbi xəstəxanaya hücum zamanı Kabildəki Taliban qüvvələrinin komandirlərindən biri Həmdullah Muhlis öldürülüb.
Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Məlumata görə, Muhlis Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən bəri öldürülən ən yüksək rütbəli şəxsdir.
Taliban rəsmiləri Muhlisin ölümü ilə bağlı məlumatları təkzib edib.
Qeyd edək ki, Əfqanıstanın paytaxtında yerləşən xəstəxanada partlayış törədilib. Partlayışdan sonra Talibanla toqquşmalar başlayıb. Hücum nəticəsində 23 nəfər ölüb, 50 nəfər yaralanıb.
Kabildə xəstəxanaya hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.