Taleyin hökmü ilə mən 44 günlük müharibənin əvvəlində ailəmlə Azərbaycanda idim.
Bütün müharibə zamanı Bakıda oldum və əlbəttə ki, neytral müşahidəçi qismində ola bilməzdim.
Axar.az xəbər verir ki, bu sözləri TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman deyib.
“Fikrimcə, mənim agentliyim müharibə hadisələrini son dərəcə obyektiv işıqlandırıb, bunu Rusiyanın digər KİV-ləri haqqında deyə bilmərəm. Bəli, mən öz azərbaycanyönümlü ritorikama görə ittiham olunurdum. Ancaq öz mövqeyimi bildirirdim, çünki Birinci Qarabağ müharibəsini yaxşı xatırlayıram. Hər şeyin düzünü bilirəm.
Demişəm, deyəcəyəm də: Rusiya Prezidenti Vladimir Putinin “20-ci əsrin ən böyük fəlakəti” adlandırdığı Ermənistan-Azərbaycan münaqişəsinin səbəbi məhz ermənilərin Qarabağda başlatdığı separatizm olub”, - deyə o qeyd edib.