Kanadanın Britaniya Kolumbiyası əyalətində 3 mindən çox tibb işçisi koronavirusa qarşı peyvənddən imtina etdiyi üçün işdən kənarlaşdırılıb.
Axar.az xəbər verir ki, əyalətin səhiyyə naziri Edriana Diksa deyib.
O bildirib ki, əyalətdə tibb işçilərinin 96 faizi vaksinasiyanın tam kursunu keçib, 2 mini isə yalnız bir peyvənd vurdurub:
“Qalan 3 325 səhiyyə işçisi isə vaksinasiyadan imtina edib və onlar işdən azad ediliblər".