Almaniya kansleri Angela Merkel Moldova Prezidenti Maya Sandu ilə telefon danışığı aparıb.
Axar.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər daxili və xarici iqtisadi siyasəti, həmçinin qaz təchizatı, eləcə də Moldovada gündəlikdə duran islahatları müzakirə ediblər. Bundan əlavə, rəsmilər Dnestryanı ətrafındakı konfliktin həlli məsələsinə də toxunublar.
Merkel söhbət zamanı Moldovada avropayönümlü islahatlar kursunu dəstəkləyəcəyinə söz verib.