Suverenlik və müstəqillik Türkiyə kimi Belarus üçün də dövlət strukturunun sarsılmaz prioritetlərindəndir.
Axar.az xəbər verir ki, bu sözlər Belarus Prezidenti Aleksandr Lukaşenkonun Türkiyənin Cümhuriyyət Günü ilə bağlı təbrik məktubunda əksini tapıb.
“Müasir reallıqlarda dövrün görünməmiş çağırışlarına effektiv müqavimət göstərmək üçün səyləri birləşdirmək vacibdir”, - deyə o bildirib.
Lukaşenko Türkiyənin dinamik inkişafına diqqət çəkib:
“Türkiyə qlobal və regional səviyyədə fəal rol oynayır. Əminəm ki, Ərdoğanın rəhbərliyi altında Türkiyə 2023-cü ildə bütün istiqamətlərdə yeni möhtəşəm nailiyyətlər əldə edəcək”.