Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət Federal Xidməti (Rosselxoznadzor) İrandan tərəvəz və meyvə tədarükünə qadağa qoya bilər.
Axar.az xəbər verir ki, bu məlumatı “Rosselxoznadzor”un mətbuat xidməti yayıb. Buna səbəb İrandan tədarük edilən məhsullarda Avrasiya İttifaqı üçün karantin orqanizmlərin aşkarlanmasıdır.
Xüsusilə İrandan tədarük edilən bibər, kahı, badımcan, ərik, albalı, armud, alma, gül kələmi, gavalı və şaftalıda qərb çiçək tripsi, şaftalı güvəsi aşkarlandığı bildirilib. Bu barədə İran tərəfinə xəbərdarlıq edilib.