ABŞ Dövlət katibi Entoni Blinkenlə Fransa xarici işlər naziri Jan-İv Lö Drian arasında telefon danışığı baş tutub.
Axar.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
O qeyd edib ki, tərəflər Hind-Sakit okean regionu daxil olmaqla, uzunmüddətli perspektivdə Saheldə terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək öhdəliyini bir daha təsdiq ediblər.
Eyni zamanda, NATO və AB-nin təhlükəsizlik və müdafiə məsələləri gündəmə gətirilib.