Ermənistan dəfələrlə bəyan edib ki, Türkiyə ilə münasibətlərin normallaşmasına hazırdır.
Axar.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu məsələni rusiyalı həmkarlarıyla müzakirə edir.
O, Ermənistanın “dəhliz” məntiqli (Zəngəzur dəhlizi nəzərdə tutulur – red.) heç bir məsələni də müzakirə etməyəcəyini deyib.