İranın boks üzrə dünya çempionu Ümid Əhmədi Səfa Almaniyada dünya çempionatına hazırlaşdığı təlimdə İsraildən olan idmançı ilə şəkil çəkdirdiyinə görə İran təhlükəsizlik qüvvələrinin təhdidi ilə üzləşib.
Axar.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
İdmançı həyatının ciddi şəkildə təhlükədə olduğunu düşünür. O, turnirdə iştirakdan imtina edərək, Almaniyadan sığınacaq istəyib.