Türkiyə Prezidentinin Azərbaycana son səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etdik.
Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "CNN Türk" telekanalına müsahibəsində bildirib.
Nazir həmçinin qeyd edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir.