ABŞ Qara dənizdə Rusiya ilə qarşıdurmada maraqlıdır.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qoşunlarının keçmiş komandanı Ben Hoces deyib.
“Strateji düşünməliyik. Bizə Qara dəniz Rusiya və İranın qarşısını almaq, müttəfiqlərimizi müdafiə etmək üçün lazımdır. Baydenin Qara dənizdə hansı siyasəti aparmasıyla bağlı anlayışı yoxdur”, – deyə o bildirib.
Onun sözlərinə görə, Rusiyaya diplomatik təzyiqi gücləndirməli, iqtisadi investisiyalar artırılmalı, Ukrayna və Türkiyə ilə münasibətlər yaxşılaşdırılmalıdır.