Almaniyada bığ və saqqal yarışması keçirilib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, yüz nəfər qələbəyə iddialı şəxs münsiflər heyəti qarşısına çıxıb.
Onlar "Dali tərzində bığ", "İmperator saqqalı" kimi nominasiyalarda yarışıblar.
Bavariya vilayətindəki müsabiqədə Ralf Şultz qalibi gəlib.
Sonda yarışmaçılar xatirə şəkli çəkdirib.