Ukrayna təkcə dəstək yox, həm də yardım təklif etmək üçün NATO-ya müraciət edə bilər.
Axar.az xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yuri Koçevenko deyib. Onun sözlərinə görə, Ukrayna ordusu bu gün Avropada say baxımından ən güclü və böyüklərdən biridir:
“NATO ölkələrinin çoxu silahlanmaya qənaət edir. Bizim qonşularımızdan yalnız Polşa ordusu yanaşmalarında obyektivdir. Polşa ordusunun sayı təxminən 150-160 mindir. Digər ölkələrdə isə bu göstərici daha azdır. Ukrayna ordusunun gücünü nəzərə almamaq olmaz. Ukrayna ordusunun təcrübəsini artıq ABŞ-dan, Almaniyadan və Litvadan olan zabitlər tədqiq edirlər. Bu gün demokratik dövlət təhlükəsizliyinin təminatının NATO-dan daha yaxşı modeli yoxdur. Biz NATO-ya indi təkcə müdafiə olunmaq yox, həm də köməyimizi təklif etmək üçün gedə bilərik. Əlbəttə, bu, Moskvada isterika yaradır. Ukrayna və Gürcüstanın NATO-da olması Rusiya üçün dəhşətli yuxudur”.