2021-ci ilin əvvəlindən etibarən rusiyalıların borc yükü 27%-dən 35%-ə yüksəlib.
Axar.az xəbər verir ki, bu məlumatı “İzvestiya” qəzeti yayıb. Məlumata görə, cari ilin ilk yarısında vətəndaşların kredit üzrə borc öhdəliyi 13,6% artaraq, 22,64 trilyon rubla çatıb.
Ölkənin ən çox kredit borcu olan bölgələri sırasında Tuva (78%), Kalmıkiya (64%), Udmurtiya (50%), Çuvaşiya (50%) yer alıb. Siyahıda ən son yerləri Çeçenistan, (13%), Dağıstan (11%), İnquşetiya (11%) tutub.