İspaniyaya azad insan kimi qayıdıb, Kataloniyanın birtərəfli müstəqillik elanının dayandırılmasını ləğv etmək istəyirəm.
Axar.az xəbər verir ki, bunu Kataloniyanın eks-rəhbəri Karlos Puçdemon deyib.
O, artıq İspaniya hökuməti tərəfindən amnistiyaya ümid etmədiyini bildirib.
Qeyd edək ki, məhz Puçdemonun dövründə Kataloniya birtərəfli qaydada müstəqilliyini elan edib. Bundan az sonra Puçdemon İspaniyadan qaçıb və Madrid tərəfindən beynəlxalq axtarışa verilib.