Bəzən paltarlarımın rəngi ilə siyasi mesajlar verirdim.
Axar.az xəbər verir ki, bu barədə Almaniyanın keçmiş kansleri Angela Merkel deyib.
"Muzeylərə paltar verməyəcəyəm. Biz müntəzəm olaraq bu geyimləri ehtiyacı olanlar üçün toplayırıq",- deyə Merkel qeyd edib.
O, miqrasiya böhranına münasibətindən də danışıb:
"Qanunsuz miqrant axını ilə əlaqədar edilən səhvlərə 2015 -ci ilin payızından da əvvəl yol verilib. Mənim heç bir əlaqəm olmadığı məqamlar var idi. Etdiyim hər şey ehtiyac nəzərə alınmaqla edildi".
Keçmiş kansler hazırkı siyasi ab-havadan da danışaraq, bu sferanın xeyli sərtləşdiyini bildirib.
Onun fikrincə, bu, media texnologiyalarının inkişafı ilə əlaqədardır:
"Sosial media siyasi oyunu dəyişib".