Danışıqlar zamanı bizim tələbimiz həmişə eyni olub.
Axar.az xəbər verir ki, bunu Moldova Baş nazirinin müavini Andrey Spinu deyib.
"Moldova Respublikası danışıqları davam etdirmək və “Moldovaqaz”la “Qazprom” arasında hər iki tərəfin maraqlarına uyğun olacaq uzunmüddətli bir müqavilə imzalamaq istəyir", - deyə Spinu bildirib.
O, "Qazprom"un hazırkı təklifinin Kişinyovun gözləntilərini qarşılamadığını vurğulayıb:
"Qısamüddətli tarixi borcların ödənilməsi də daxil olmaqla, maliyyə və qeyri-maliyyə şərtlərini ehtiva edən təklif qiyməti beynəlxalq qaz bazarlarındakı təkliflərdən yüksəkdir".