ABŞ Prezidenti Cozef Bayden tezliklə Pakistanla bu ölkənin hava məkanından Əfqanıstanda hərbi və kəşfiyyat əməliyyatları üçün istifadə ilə bağlı razılaşma imzalamaq istəyir.
Axar.az xəbər verir ki, bu məlumatı CNN öz mənbələrinə istinadən yayıb. Məlumata görə, ABŞ administrasiyası amerikalı konqresmenləri dünən keçirilən qapalı iclasda bu barədə xəbərdar edib.
Televiziya Pakistanın müqavilənin imzalanması üçün bir neçə şərt irəli sürdüyünü bildirib. İslamabadın, xüsusilə, öz hava məkanını ABŞ-ın terrorçularla mübarizədə ona dəstək verəcəyi və Hindistanla münasibətləri normallaşdırmağa kömək edəcəyi təqdirdə Vaşinqtonun üzünə açacağı qeyd edilib.