Qırğızıstan öz ərazisində ABŞ-ın aviabazasını yerləşdirməyəcək.
Axar.az xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov deyib.
Onun sözlərinə görə, Qırğızıstanda Rusiya bazası var və bu, ölkə üçün yetərlidir.
O, Qırğızıstanın supergüclərlə siçan-pişik oynamaq istəmədiyini bildirib.