Avropa Komissiyası “Qazprom”un fəaliyyətini araşdırması, enerji resurslarının qiymətlərinin artmasından yaxşı reaksiya aləti ola bilər.
Axar.az xəbər verir ki, bunu Polşa baş naziri Mateuş Moravetski deyib.
“Qazproma münasibətdə araşdırma çox yaxşı alətdir. Qanunsuz monopoliyaların, qiymət diktələrinin, iqtisadi şantajın müəyyənləşdirilməsi müvafiq iqtisadi cavab verməyə imkan verəcək”, – deyə o bildirib.