Əfqanıstanda bir xeyriyyə təşkilatı Taliban tərəfindən dərslərə buraxılmayan 12 yaşdan yuxarı qızlar üçün gizli onlayn məktəb təşkil edib.
Axar.az xəbər verir ki, bu barədə “Tayms” məlumat yayıb.
Məlumata görə, mühəndislik, riyaziyyat və proqramlaşdırma kimi fənlər üzrə dərsləri qadın müəllimlər keçir.
“Əfqanıstanın gələcəyi olacaq yüzlərlə qız hazırlayırıq. Onlar dərslərə qoşulmaq üçün tabletlərdən istifadə edirlər”, - qəzetin mənbəsi bildirib.