Ermənistan Türkiyə ilə münasibətləri normallaşmasına önəm verir.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan deyib.
Onun sözlərinə görə, əlaqələrin qurulması təkcə siyasi perspektivlər deyil, eyni zamanda Ermənistan üçün iqtisadi imkanlar da açır.
Qriqoryan bildirib ki, Türkiyə ilə əlaqələrin normallaşması məsələsini Azərbaycanla münasibətlərin tənzimlənməsi problemindən ayırmaq gərəkdir.
Ermənistan rəsmisi Ankara ilə əlaqələrin qurulacağı təqdirdə İrəvan-Qars dəmiryolunun istismarı məsələsinə də toxunub:
"Bu marşrutun fəaliyyətindən Türkiyə də qazanacaq".