Rusiyanın Ryazan vilayətində barıt istehsalı zavodunda yanğın baş verib.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə nəticəsində 7 nəfər həlak olub, 15 nəfər xəsarət alıb.
Rusiyanın Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğın əhali üçün təhlükə doğurmur.