II Qarabağ müharibəsi zamanı dünya KİV-ləri Ermənistanın rəsmi dövlət agentliyi kimi davranırdılar.
Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının mediaforumunda çıxışı zamanı deyib.
“Türk dünyası rəqəmsal faşizmlə bərabər beynəlxalq medianın ikili standartından da əziyyət çəkir. Xüsusilə, 44 günlük Qarabağ savaşından şahid olduğumuz ikiüzlü davranış məsələnin ölkələrimiz baxımından önəmini ortaya qoyur. Ermənistan ordusunun dinc sakinləri hədəf alan qətliam və ballistik raket hücumlar bu dövr ərzində heç gündəmə gətirilmədi. Media azadlığından və obyektivliyindən bəhs edən beynəlxalq media orqanları Ermənistanın rəsmi xəbər agentliyi kimi hərəkət etdilər. Qarabağ savaşı ölkələrimiz və türk dünyası ilə əlaqəli reallıqlara qarşı tətbiq edilən media embarqosunun nə ilk, nə də son nümunəsidir”, – deyə o bildirib.