Moskvalı qadın özünü və qohumlarını qəsdən yoluxduraraq koronavirusdan ölüb.
Milli.Az lent.az-a istinadla bildirir ki, bu barədə "Semeynaya" klinikasının tibb direktoru Pavel Brand öz "Facebook" səhifəsində məlumat verib.
O, iki qızı ilə COVID-19-a yoluxan rəfiqəsinə baş çəkməyə gedib. Nəticədə əri də ondan koronavirusa yoluxub.
Vəziyyəti qəflətən ağırlaşıb və həkimlərin yardımından imtina edib. Sonra xəstəxanada vəfat edib. Qızlarından birinin də xəstəxanaya yerləşdirilməsinə ehtiyac yaranıb. 9 yaşlı qız hətta reanimasiyaya düşüb, lakin vəziyyəti getdikcə yaxşılaşıb. İkinci qızı və əri isə COVID-19-u yüngül formada keçiriblər.