Tarixi nümunələr göstərir ki, inqilab böhrandan çıxış yolu deyil, böhranın dərinləşməsidir.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Valday klubunda çıxışı zamanı deyib.
“Tarix 30 il əvvəl təkrarlandı. O zaman olduqca nəhəng qlobal güc (SSRİ – red.) çevik, düşünülmüş islahatlar yolunu vaxtında seçmədi və nəticədə həm mürtəce, həm də doqmatiklərin qurbanı oldu. Hər kəs, bütün tərəflər səy göstərdi”, - deyə Putin bildirib.