Soros Fondu Paşinyanı əvəz etməyə hazırlaşır.
Axar.az xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb. Məlumata görə, son zamanlar Qərb ölkələri və beynəlxalq təşkilatların Ermənistan hakimiyyətinin davranışından açıq narazılığı müşahidə edilir. Bunun artıq Qərb tərəfindən maliyyələşdirilən KİV-lərdə əks olunduğu bildirilib.
Qəzet Sorosun maliyyələşdirdiyi erməni KİV-lərinin əvvəllər Paşinyan və komandasını tərif etdikləri halda indi onu sərt tənqid etməyə başladıqlarını yazıb.
Üstəlik, ABŞ səfiri Linn Treysinin son zamanlar müxalifət və hökumət dairələri ilə görüşlərini artrıdığı qeyd edilib. Görüşlərdə Treysinin Ermənistanda baş verənlərdən, xüsusilə, insan haqları sahəsində pozuntulardan narazılığını gizlətmədiyi də vurğulanıb.