İngiltərənin nüfuzlu "Deyli Ekspress" qəzeti III Dünya müharibəsinin başlanmasına səbəb ola biləcək ölkələrin siyahısını hazırlayıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, qəzet ABŞ və İran arasında nüvə proqramı ilə bağlı savaşın başlama ehtimalının yüksək olduğunu, müharibənin başlayacağı təqdirdə isə İranın Hörmüz boğazını bağlayacağını qeyd edib.
Bildirilib ki, dünya neft tədarükünün 30 faizi bu boğaz vasitəsilə həyata keçirilir. Bu vəziyyət isə ABŞ-la müttəfiqlərinin münasibətində gərginlik yaradacaq.
Həmçinin, Suriya və Yəməndə də yeni müharibələrin başlaya biləcəyi istisna edilməyib.
İranla İsrail arasında köhnə anlaşılmazlıqların böyük savaşa yol aça biləcəyi vurğulanıb.
ABŞ-la Çin və Şimali Koreya, Hindistanla Pakistan arasında da müharibə ehtimalı olduğu bildirilib. Həmçinin Əfqanıstanda yeni bir müharibənin alovlana biləcəyi və region ölkələrinin bura cəlb ediləcəyi də nəzərdən keçirilib.