Son xəbərlər

 

Ermənistanın Avropa Birliyinə (AB) üzvlük prosesinə başlamaq haqqında qanun layihəsi hakimiyyətinin siyasi fırıldağından başqa bir şey deyil.

 

Axar.az xəbər verir ki, bu fikri İşıqlı Ermənistan Partiyasının lideri Edmon Marukyan deyib.

Marukyanın sözlərinə görə, əgər hakimiyyətin doğrudan da Avropa Birliyinə doğru yönəlmək niyyəti olsaydı, ilk növbədə Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacağını bəyan edib, AB-yə üzv olmaq üçün rəsmi müraciət edərdi:

“Bütün bunlar sırf daxili siyasi oyunlar çərçivəsində həyata keçirilir – seçici cəlb etmək, səs toplamaq üçün. Onların Avropa prosesləri ilə nə ideoloji, nə də dəyər baxımından əlaqələri var. Sadəcə xalqı aldadırlar: guya bizi seçsəniz, sizi AB-yə aparacağıq”.

O əlavə edib ki, hakimiyyət bəzən öz vətəndaşlarını aldatmağa nail olsa da, Avropa Birliyi ilə bu cür fəndlər işləmir:

“Bu isə bir sıra amillərlə sübut olunur. Ən əsas göstəricilərdən biri – Ermənistan parlamentinin qanun layihəsini qəbul etməsinə AB-nin yüksək səviyyəli nümayəndələri tərəfindən heç bir rəsmi reaksiya verilməməsidir. Nə Avropa Komissiyasının rəhbəri, nə Avropa Şurasının sədri, nə də AB-nin xarici siyasət üzrə rəhbəri bu sənədi dəstəkləyən və ya təsdiqləyən bəyanatla çıxış edib.

Əgər Aİİ və KTMT-yə üzv olan postsovet ölkəsi bu cür qanun qəbul edirsə, AB-nin bunu alqışlaması, hətta Ermənistana nümayəndə heyəti göndərməsi gözlənilən olardı. Amma belə bir şey baş vermədi, çünki Brüsseldə çox yaxşı anlayırlar ki, söhbət siyasi tamaşadan gedir”.

Bundan başqa, Marukyan xatırladıb ki, AB heç vaxt Ermənistanın təhlükəsizliyini təmin etməyə hazır olduğunu bəyan etməyib, lakin ölkədə AB-nin guya Ermənistana təhlükəsizlik təklif etdiyi haqqında ritorika fəal şəkildə təşviq olunur:

“Təəssüf ki, AB-yə üzvlüyü dəstəkləyən bir çox vətəndaş əsas səbəb kimi təhlükəsizliyi göstərir. Bu isə o deməkdir ki, onlar aldadılıb. Onlara izah etməyiblər ki, AB təhlükəsizlik təmin etmir, sadəcə ondan istifadə edir – ilk növbədə ABŞ-dan. İndi isə Tramp qayıdıb və artıq bildirib ki, o bu “təhlükəsizlik çətirini” bağlamaq niyyətindədir”.

11 Aprel 2025 Onların da hərbi xidmətdə son yaş həddi müəyyən edilməyəcək
11 Aprel 2025 Azərbaycanda televiziyalara yeni tələb qoyuldu
11 Aprel 2025 Əhməd əş-Şara Antalyadakı foruma qatılacaq
11 Aprel 2025 AFFA-dan danışılmış oyunlarla bağlı açıqlama
11 Aprel 2025 Putin üçün tribunal yalnız bu halda qurula bilər - “Avronyus”
09 Aprel 2025 Cənubi Koreyanın milli valyutasının məzənnəsi zəifləyir...
09 Aprel 2025 Bir insan gündə beş qramdan çox duz yeməməlidir, amma…
09 Aprel 2025 Əsədlə bağlı Kremlin qadağası: Diktator Moskvada nə edir?
09 Aprel 2025 Fuad Oqtay İlham Əliyevi belə təbrik etdi
09 Aprel 2025 Çindən ABŞ-la bağlı xəbərdarlıq: Səyahət risklidir...
09 Aprel 2025 Prezident Əliyev İsraillə bağlı bunu ilk dəfə dilə gətirdi
09 Aprel 2025 Kremldən İran-ABŞ danışıqlarına reaksiya
09 Aprel 2025 "Bakı Kart"ın nizamnamə kapitalı kəskin azaldılır
09 Aprel 2025 Ermənistan belə bir fikrə gəlsə, dərhal cəzalandırmalıyıq!
09 Aprel 2025 Azərbaycanın beynəlxalq maliyyə təsisatlarından asılılığı azalıb
09 Aprel 2025 Əminəm ki, bu, terror aktı idi - Prezident
09 Aprel 2025 İrandan müsbət mesajlar eşitdik - Əliyev
09 Aprel 2025 Bitki tərkibli yağı nehrə yağı adı ilə satırmış... - Foto
09 Aprel 2025 Trampın “tarif müharibəsi”: neft buna görə ucuzlaşır
09 Aprel 2025 Dələduzlardan qorunmağın 12 yolu
09 Aprel 2025 Fidan dəvət etdi, Lavrov Türkiyəyə gedir
09 Aprel 2025 Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik - Prezident
09 Aprel 2025 Bu təşkilat tamamilə korrupsiyaya uğrayıb
09 Aprel 2025 Prezidentdən Suriya açıqlaması: Ermənistanın riyakarlığı...
09 Aprel 2025 Ədalət Verdiyev həbsindən yazdı: Mənimlə bu cür davrandılar...
09 Aprel 2025 Makrondan Trampa: Qərarını geri çək!
09 Aprel 2025 Bakının bu qəsəbəsində 7 saat işıq olmayacaq
09 Aprel 2025 Ermənistan özünü bundan məhrum etdi - Prezident
08 Aprel 2025 Türkiyədə terrorçulara aid mağara tapıldı
08 Aprel 2025 Mikayıl Cabbarov Pakistan baş naziri ilə görüşdü