![]() |
![]() |
AB Rəqəmsal Xidmətlər Aktını pozduğu üçün İlon Maskın X platformasını böyük məbləğdə cərimə etməyi planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, tənzimləyicilər 1 milyard dollardan çox məbləğin təyin edilməsi imkanını nəzərdən keçirir:
“Sosial şəbəkənin fəaliyyətində dəyişiklik edilməsi tələbi də müzakirə olunur. Qərarın 2025-ci ilin yayında açıqlanması gözlənilir”.
Mənbələrin sözlərinə görə, cərimə AB ilə ABŞ arasında gərginliyi artıra bilər, çünki Mask Prezident Donald Trampa yaxın hesab olunur.