![]() |
![]() |
İstanbulda ABŞ-la keçiriləcək danışıqlarda Rusiya XİN nümayəndə heyəti ilə təmsil olunacaq.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Rusiya və ABŞ arasında yeni strateji hücum silahları müqaviləsinin (START) perspektivlərini şərh edən Peskov qeyd edib ki, indiki şəraitdə belə danışıqların başlanmasını təsəvvür etmək çətindir. Onun sözlərinə görə, strateji təhlükəsizlik və silahlara nəzarət məsələləri üzrə müzakirələrin başlanması faktının özü müəyyən səviyyədə ikitərəfli münasibətlər və qarşılıqlı etimad tələb edir.