![]() |
![]() |
Vaşinqtonla Tehran arasında münaqişə Üçüncü Dünya müharibəsinə qədər böyüyə bilər.
Axar.az xəbər verir ki, bunu İndoneziya Prezidenti Prabovo Subianto deyib.
“Biz qlobal qeyri-sabitlik vəziyyətində, Üçüncü Dünya müharibəsinə gətirib çıxara biləcək dünya hegemonluğu uğrunda təhlükəli mübarizənin ortasındayıq. Mən zarafat etmirəm. ABŞ İrana hücum etməyə hazırdır, Rusiya isə deyir: “İrana hücum etmə, yoxsa mənimlə, Rusiya ilə qarşılaşacaqsan”, - Subianto bildirib.