Prezident İlham Əliyev Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

 

Axar.az sərəncamın mətnini təqdim edir:

2025-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, qüdrətli şair və böyük maarif xadimi Seyid Əzim Şirvaninin anadan olmasının 190 ili tamam olur.

Seyid Əzim Şirvani yaradıcılığı boyu həm Şərq poeziyasının çoxəsrlik ənənələrini yüksək sənətkarlıqla davam etdirmiş, həm də mühüm ictimai-siyasi dəyişikliklərin baş verdiyi bir şəraitdə Azərbaycan ədəbiyyatının yeni maarifçilik ideyaları ilə zənginləşməsində əhəmiyyətli rol oynamışdır. Dəyərli poetik nümunələrdən ibarət parlaq lirikasında mənəvi gözəlliyi tərənnüm edən şair, eyni zamanda, realist satiralarında dövrün aktual məsələlərinə kəskin münasibət bildirmiş, didaktik əsərlərində humanist ideyaların təbliğinə xüsusi diqqət yetirmişdir. Seyid Əzim Şirvani cəmiyyətin sosial-mədəni tərəqqisi uğrunda qabaqcıl ziyalıların apardığı mübarizənin daim ön sıralarında dayanmışdır. Onun xalqa xidmət naminə öz maarifçi düşüncələrini gerçəkləşdirmək arzusu ilə ana dilində açdığı yeni üsullu məktəb Azərbaycan təhsili tarixində dərin iz qoymuşdur.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, böyük söz ustası Seyid Əzim Şirvaninin 190 illiyinin qeyd olunmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə böyük Azərbaycan şairi Seyid Əzim Şirvaninin 190 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

08 Aprel 2025 Türkiyədə terrorçulara aid mağara tapıldı
08 Aprel 2025 Mikayıl Cabbarov Pakistan baş naziri ilə görüşdü
08 Aprel 2025 Şərqi Zəngəzuru Naxçıvanla birləşdirən elektrik xətti tikiləcək
08 Aprel 2025 Bu halda Türkiyənin qəzəbinə tuş gələcəksiniz – Fidan
08 Aprel 2025 Tramp ABŞ-ın 1798-ci il tarixli qanunu işə saldı
08 Aprel 2025 Dünya müharibəsi olacaq, zarafat etmirəm... - Subianto
08 Aprel 2025 ABŞ hörmətlə yanaşsa, dialoq davam edəcək - Mühacirani
08 Aprel 2025 İstanbulda ABŞ-Rusiya danışıqları: Kreml heyət ayırdı
08 Aprel 2025 Qobustanda palçıq vulkanına “pulsuz gediş” qadağan edildi
08 Aprel 2025 AB-nin ticarət güzəşti ilə bağlı təklifinə Trampın cavabı
08 Aprel 2025 Ağdaban faciəsindən 33 il ötür
08 Aprel 2025 Yeni pandemiya qaçılmazdır - ÜST
08 Aprel 2025 Bizim bunun üçün yaxşı perspektivlərimiz var - Zelenski
07 Aprel 2025 Meloni ABŞ-a gedir: Tarif müzakirəsi
07 Aprel 2025 Qarabağdakı mina partlayışına BMT-dən reaksiya
07 Aprel 2025 Prezidentdən Konstitusiya Məhkəməsinin hakimləri barədə qərar
07 Aprel 2025 AZAL: 33 il səmalarda
07 Aprel 2025 Dünyada ən zərərli şorba seçildi - Azərbaycanda da yeyilir
07 Aprel 2025 Məhkəmədən Bəxtiyar Hacıyevlə bağlı qərar...
07 Aprel 2025 Qadınların uşaq sayına görə pensiyaya çıxması... - Deputat
07 Aprel 2025 Primakov: Bakıdakı Rus Evi fəaliyyətini bərpa edəcək
07 Aprel 2025 İran Azərbaycana səfir təyin edəcək
07 Aprel 2025 İmamoğlunun həbsi: Türkiyə neçə milyard itirdi?
07 Aprel 2025 İranın dəstəklədiyi bu qruplaşma silahı yerə qoyur
07 Aprel 2025 Ərdoğan kürd məsələsində yeni strategiya müəyyən edəcək
07 Aprel 2025 Qumun ən böyük ticarət mərkəzi hicaba görə bağlandı
07 Aprel 2025 Bakı metrosunda yeni mərhələ: Xətlər ayrılır
07 Aprel 2025 "Bazarstore”dan "Möhtəşəm 5 Gün" kampaniyası sizi gözləyir!
07 Aprel 2025 Sahibə Qafarovanın sədrlik müddəti uzadıldı
07 Aprel 2025 Bakı bazarında qiyməti “od tutub yanan” meyvələr