Azərbaycan Qərblə yaxşı əlaqələrə malik, İsrail və ABŞ-nin etibarlı müttəfiqi olan ölkədir.

Ermənistan isə İranla sıx əməkdaşlıq edir, ABŞ və Qərbin düşməni Rusiyaya köməklik göstərir. Belə olan halda, ABŞ kimi dəstəkləməlidir? Təbii ki, Azərbaycanı.

Axar.az xəbər verir ki, bu barədə siyasi şərhçi və jurnalist Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avraham ABŞ-nin Qeytstoun İnstitutunun (Gatestone Institute) “Azərbaycan erməni girovları qanunsuz olaraq saxlamaqda və onlara işgəncə verməkdə davam edir” adlı məqaləsinə etiraz olaraq yazıb.

“Jewish Press”də yayımlanmış “Vardanyan və digər erməni məhbuslar niyə girov sayılmamalıdır” başlıqlı məqalədə qeyd olunub ki, Azərbaycanın “müharibə cinayətləri törətməkdə” və “günahsız erməniləri girov saxlamaqda” ittiham edilməsi həqiqətlərin təhrifi tendensiyasının davamıdır. Bunu edənlər hələ də ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri açıqlamır.

Bildirilib ki, Ruben Vardanyan ən geniş miqyasda “çirkli” pulların yuyulmasını həyata keçirib və onun Rusiyada qalan biznes əlaqələri hazırda Qərbin sanksiyalarından əziyyət çəkir. Üstəlik, Vardanyan Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını sabotaj etməkdə, sərhədləri qanunsuz keçməkdə, terrorçuluğu maliyyələşdirməkdə və Azərbaycana qarşı erməni terrorizmində şəxsən iştirakda ittiham olunur.

Məqalədə o da vurğulanıb ki, erməni separatçılarının Vardanyandan aldıqları böyük miqdarda silahların gizlədildiyi anbarlar bugünədək aşkarlanmaqdadır. Vardanyan bu məlumatları heç vaxt təkzib etməyib, hətta “Azərbaycanın başına hər şey gələ bilər” deyərək Azərbaycan hökumətini hədələməkdən də çəkinməyib.

Həmçinin Rusiyanın qabaqcıl silahlar üçün önəmli çipləri Qərbin təsirindən qoruyaraq öz ərazisinə daşınması üçün Vardanyanı Ermənistana göndərdiyi qeyd edilib. İran Rusiyanı pilotsuz uçan aparatları ilə, Ermənistan isə həmin çiplərlə təmin edir. Habelə Ermənistan öz ərazisindən İran silahlarının Rusiyaya ötürülməsinə şərait yaradır.

Müəllifin fikrincə, Vardanyan olmasaydı, Rusiya-İran-Ermənistan logistik şəbəkəsi də mövcud olmazdı.

Sonda qeyd edilir ki, Ruben Vardanyan və ermənipərəst tərəfdarları onu günahsız göstərməyə çalışsalar da, o, belə bir şəxs deyil. Bütün bu faktları nəzərə alaraq, Azərbaycan onu və digər cinayətlərə qarışan şəxsləri mühakimə etmək hüququna malikdir: “Terrorçular girov deyil və olmayacaq da”.

Məqaləni ətraflı bu linkdən oxumaq olar.

19 Fevral 2025 DİN-dən sürücülərə çağırış: Bu halda sükana keçməyin!
19 Fevral 2025 Yeni konstitusiyanın qəbul edilməsi vacibdir - Paşinyan
19 Fevral 2025 Putin sülh yox, Ukraynanı işğal etmək istəyir - KİV
19 Fevral 2025 Xəstəxanaya girən 2 metrlik ilan pasientləri DƏLİ ETDİ - VİDEO
19 Fevral 2025 Rusiya Kiyevi məhv etməyə qadirdir, lakin istəmir - Tramp
19 Fevral 2025 Hava kəskin soyuyur - FHN xəbərdarlıq etdi
19 Fevral 2025 Texniki ekspertizalar vaxt aparır, gözləyirik… - Lastayev
19 Fevral 2025 Azərbaycana palma yağı haradan gətirilir? - Video
19 Fevral 2025 Paşinyan Ukrayna məsələsində mövqeyini bəlli etdi
19 Fevral 2025 ABŞ-la ilk görüş: gərgin iş başladı - Matviyenko
18 Fevral 2025 "Yanaşma qərəzin bariz nəticəsini açıb ortaya qoyur" - MÜNASİBƏT BİLDİRİLDİ
18 Fevral 2025 Bu gün Yalançı çərşənbədir - Nələr etməıliyik?
18 Fevral 2025 Bu, Rusiya üçün qəbuledilməzdir - Lavrov
18 Fevral 2025 Zelenski Atatürkün məzarını ziyarət etdi - Video
18 Fevral 2025 Bu narkoman Xəzər konsorsiumuna hücum edir
18 Fevral 2025 Tramp DTD-nin yüzlərlə əməkdaşını qovur
18 Fevral 2025 Dayanıqlı inkişaf üçün birgə addımlar
18 Fevral 2025 Bizi nüvə nəhəngi ilə üz-üzə qoydular - Kavelaşvili
18 Fevral 2025 İlham Əliyev qambiyalı həmkarını təbrik etdi
18 Fevral 2025 Rusiya Ukraynadan bu əraziləri tələb edir – Sensasiya
18 Fevral 2025 Azərbaycandakı dini konfessiyalardan Trampa məktub
18 Fevral 2025 Ər-Riyadda ABŞ-Rusiya dialoqu başladı
18 Fevral 2025 Parisdə fövqəlsammit: Hansı qərar verildi? - Tusk
18 Fevral 2025 Putinə təriflər, Ukraynanın ərazi güzəşti… - Zelenski
18 Fevral 2025 Ukraynanı AB-yə də üzv etməyəcəklər - Fransa nəşri
17 Fevral 2025 Azərbaycan əhalisinin son sayı açıqlandı
17 Fevral 2025 ABŞ qoşunlarını bu ölkələrdən geri çəkə bilər
17 Fevral 2025 Türkiyədə bələdiyyə sədri saxlanıldı
17 Fevral 2025 Azər Qasımov vəzifəsindən azad edildi
17 Fevral 2025 Putin Ərəbistanda görüşə onları göndərdi