![]() |
![]() |
ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin çox güman ki, bu il aprelin 20-nə təsadüf edən Pasxa bayramına və ya Qələbənin 80-ci ildönümünə, yəni mayın 9-na qədər Ukraynada atəşkəsə nail olmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” yüksək rütbəli Ukrayna və Qərb rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, Putin o böyük günlərin birində razılaşmaq istəyəcək.
Putinə yaxın mənbənin sözlərinə görə isə onun əsas məqsədi Rusiyaya 1945-ci ildə Yalta konfransından sonra Sovet İttifaqının əldə etdiyi təsir dairəsinə bənzər Avropada təsir dairəsi verəcək yeni təhlükəsizlik arxitekturası yaratmaqdır.