Azərbaycanda halal turizm xidmətləri üzrə yeni dövlət standartı hazırlanır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən hazırlanmaqda olan dövlət standartı islam qaydalarına cavab verəcək.

Rəsmi statistik məlumatlara əsasən, hər il Azərbaycana ərəb ölkələrindən 300 minə yaxın turist axın edir. Nəzərdə tutulan  standart isə turizm sektorunu müsəlman ölkələrindən gələn, eyni zamanda yerli turistlər  üçün daha cəlbedici etmək,  həmçinin turizm xidmətlərini bu standartların tələblərinə uyğunlaşdırmaq və müsəlman turistlərin artan tələblərini qarşılamaq məqsədilə hazırlanır.

Hazırlanacaq standartda isə müsəlman turistlərin istirahəti üçün halal qida, halal kosmetika, eyni zamanda halal dərman vasitələri barədə tələblər qoyulub. Bununla yanaşı, həmin turistlər üçün bir sıra yeni xidmətlər də göstəriləcək. 

Ekspertlər isə bildirirlər ki, bir çox ölkələrdə mövcud olan halal turizm standartının Azərbaycanda da tətbiq edilməsi turizm sektorununun, eyni zamanda göstərilən xidmətlərin bir neçə istiqamətdə yaxşılaşmasına səbəb olacaq.

Qeyd edək ki, halal turizm standartının bu ildən həyata keçirilməsi nəzərdə tutulur.

Milli.Az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir:

05 Oktyabr 2024 Azərbaycan şəhərlərinin bombalanmasından 4 il ötür
27 Sentyabr 2024 Azərbaycanda Anım Günüdür
23 Sentyabr 2024 Azərbaycanda 13 min abonentin qazı kəsiləcək
23 Sentyabr 2024 Yeni dələduzluq: Ev telefonlarına zəng edib... - Video
23 Sentyabr 2024 Bakı metrosunda qatarda nasazlıq: sərnişinlər düşürüldü
20 Sentyabr 2024 COVİD-ə yoluxma kəskin artdı: Azərbaycanı nə gözləyir?
20 Sentyabr 2024 Gülərdən Azərbaycanla bağlı açıqlama
19 Sentyabr 2024 Nazirlikdən özəl tibb müəssisələrinə xəbərdarlıq
18 Sentyabr 2024 Azərbaycanda qəzet rəhbəri həbs olundu
18 Sentyabr 2024 Xüsusi siniflər üzrə şagird sıxlığı normaları müəyyənləşdi
18 Sentyabr 2024 Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır
17 Sentyabr 2024 Avtobuslara hücum edən sahibkar saxlanıldı
17 Sentyabr 2024 Bakı metrosu yeraltı sulardan bu məqsədlə istifadə edəcək
17 Sentyabr 2024 Bakıda növbəti təhlükəsizlik forumu keçirildi
17 Sentyabr 2024 Masazırda işıq olmayacaq
16 Sentyabr 2024 Yeni dərs ilinin başlaması gül mağazalarında canlanma yaradıb VİDEO
16 Sentyabr 2024 Bu gündən yeni dərs ili başlayır
16 Sentyabr 2024 Bu gün 10:00-dan 17 sentyabra kimi… - Xəbərdarlıq
14 Sentyabr 2024 Daha bir məntəqədə seçki nəticələri ləğv edildi
14 Sentyabr 2024 Gömrükdə bəyan edilməyən dərmanlar aşkarlandı
14 Sentyabr 2024 Azərbaycana bu ölkələrdən gələn turistlərin sayı artdı
14 Sentyabr 2024 Yeni tədris ili başlayır: DYP-dən daha bir müraciət
14 Sentyabr 2024 Təhsil krediti üçün müraciət edən tələbələrin sayı açıqlandı
13 Sentyabr 2024 Azərbaycanda evlənənlərin sayı azaldı
13 Sentyabr 2024 Metronun bu istiqamətində yalnız yeni qatarlar işləyəcək
13 Sentyabr 2024 Bu məntəqədə qanun pozuntuları aşkarlandı
13 Sentyabr 2024 Metronun bu stansiyası təmirə bağlanır
13 Sentyabr 2024 Bakı metrosu bu saata kimi işləyəcək
12 Sentyabr 2024 Telman İsmayılovun işində daha bir qətlin üstü açıldı
12 Sentyabr 2024 Bu tarixdə ilin 2-ci Ay tutulması olacaq