Son xəbərlər

 

Bu gün Azərbaycanda Qurban bayramıdır.

 

Axar.az xəbər verir ki, artıq dördüncü ildir Azərbaycan xalqı Qurban bayramını zəfər abu-havasında qarşılayır və bayram azad edilən torpaqlarda da qeyd olunur.

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını və ölkədən kənarda yaşayan bütün soydaşlarımızı İslam dünyasının birlik, bərabərlik və qardaşlıq rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edib, ən səmimi arzu və diləklərini çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası da Qurban bayramına dair tövsiyələrini çatdırıb.

Bayrama dair hökmlərə və şəri qaydalara əsasən, qurban kəsmək Məkkədə Həcc ziyarətini icra edən zəvvarlara vacib buyurulub. Digər yerlərdə isə imkanı olan adamların qurban kəsmələri sünnət əməl, Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savab sayılır. Adətən, qurbanlıq üçün qoyuna üstünlük verilir. Lakin keçi, inək və dəvəni də qurbanlıq üçün seçmək olar.

Şəriət qaydalarına görə, qurban kəsilən heyvan sağlam və kəsimə yararlı olmalıdır. Xəstə, arıq və qüsurlu heyvanlar qurbanlığa münasib sayılmır. Adətən, müəyyən yaş həddinə çatmış heyvanlar kəsilir. Keçi və qoyunun yaşı bir ilə yaxın, öküz və inək bir və ya iki ildən artıq, dəvənin isə beş ili tamam olmalıdır. Şəriətə görə, heyvanın üzü qibləyə uzadılaraq, Qurban niyyəti ilə Allahın adı çəkilərək кəsilməsi vacibdir.

Qurbanlıq əsasən üç hissəyə bölünür: bir hissəni qurban sahibi özünə, digər hissə fəqir və kasıb ailələrə, üçüncü hissəsinin isə hədiyyə kimi qohum-əqrəbaya paylanması tövsiyə olunur

Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının müvafiq norma və qaydalara uyğun, rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 147 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.

Şəriətə uyğun olaraq, Qurban kəsimi iyunun 16-dan başlayaraq üç gün davam edə bilər. Məscidlərdə bayram namazları qılınacaq. Qurban bayramının gecəsi və günü duaların qəbul olunduğu zamandır.

Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, iyunun 16-17-si qeyri-iş günüdür.

23 İyun 2024 Azərbaycanda sarı xəbərdarlıq edildi
21 İyun 2024 Azərbaycana yay fəsli gəldi
21 İyun 2024 Hava ilə bağlı çağırışlara ciddi yanaşın! – Xəbərdarlıq
20 İyun 2024 Çimərliklərdə suyun temperaturu nə qədər olacaq?
20 İyun 2024 Bu rayonlarda 38 dərəcə isti olub
19 İyun 2024 Bu ölkədə Fransa kanalının yayımı dayandırıldı
19 İyun 2024 Bu çimərlikdə balıqlar kütləvi tələf olur – Video
18 İyun 2024 Çimərliyə gedənlərə xəbərdarlıq - Video
17 İyun 2024 Temperatur 39 dərəcəyə yüksələcək
16 İyun 2024 Bayramın ikinci günü hava necə olacaq?
16 İyun 2024 Sabah çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı
16 İyun 2024 654 balla Qarabağ Universitetində oxumaq istəyən Əli danışdı - Video
15 İyun 2024 37° isti olacaq
14 İyun 2024 Şənbə gününün havası - 37° isti
14 İyun 2024 Keyfiyyətli qəndi necə tanıyaq? - Video
14 İyun 2024 Bakteriya aşkarlanan dondurmalarla bağlı daha bir - Açıqlama
14 İyun 2024 Bu azərbaycanlılara güzəşt edilsin - Siyavuş Novruzov
14 İyun 2024 Şeyx Azərbaycan xalqını təbrik etdi
14 İyun 2024 Azad olunan ərazilərdə qurban kəsimi və satışı məntəqələri...
13 İyun 2024 DİN-dən “Son Zəng”lə bağlı valideynlərə çağırış
13 İyun 2024 “Misli” “GoalPlus SummerFest 2024”-ün sponsorudur
13 İyun 2024 Sabah 35° isti olacaq
12 İyun 2024 Rayonlara leysan yağacaq, dolu düşəcək
12 İyun 2024 Küləklə bağlı sarı - Xəbərdarlıq
12 İyun 2024 Leysan, dolu, 35° isti...
12 İyun 2024 Adil Əliyevin qardaşı vəfat etdi - Foto
12 İyun 2024 Rüstəmxanlı elan etdi: Ya mən, ya da Tənzilə xanım...
11 İyun 2024 Hansı qohumlar evlənə bilməz? Bu qanun işləyəcəkmi?
11 İyun 2024 Azərbaycanda bu valideynlər həbs olunacaq
11 İyun 2024 Qurban bayramı ilə bağlı fitva verildi