TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə bəzi tibb müəssisələrinə yeni direktorlar təyin olunub.

 

Axar.az xəbər verir ki, Ağstafa, Salyan, Qobustan və Şamaxı rayon mərkəzi xəstəxanalarına təyinatlar həyata keçirilib.

Yeni direktorlar kollektivə təqdim olunub, vəzifələrinin icrasına başlayıblar.

Ağstafa Rayon Mərkəzi Xəstəxanasına Səyyad Yusifov direktor vəzifəsinə təyinat alıb.

Səyyad Yusifov ixtisasca həkim-infeksionistdir.

Səyyad Yusifov 1996-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika və tibbi-biologiya fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yoluxucu xəstəliklər üzrə təhsilini davam etdirib.

2006-cı ildən indiyədək Tovuz Rayon Mərkəzi Xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb.

O, bu təyinatadək Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsini icra edib.

Salyan Rayon Mərkəzi Xəstəxanasına Şirin Səmədova direktor təyin olunub.

Ş.Səmədova 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1998-1999-cu illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb.

1999-2006-cı illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Arbatan kənd həkim məntəqəsində həkim-pediatr, 2006-2008-ci illərdə rayon mərkəzi xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində həkim-pediatr, infeksionist vəzifəsində çalışıb. 2008-2012-ci illər ərzində Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində olan Uşaq poliklinikasının şöbə müdiri, həkim-pediatr, 2012-2021-ci illər ərzində Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi vəzifələrində fəaliyyət göstərib.

2021-2023-cü illər ərzində TƏBİB-in Koordinasiya departamentinin Cənub ərazi bölgəsi üzrə koordinatoru, 2023-cü ildən indiki təyinatınadək isə Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunan İmran Qurbanov 1985-1991-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində Müalicə işi fakültəsini bitirib, ixtisasca cərrahdır.

O, 1992-1993-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün baş ordinatoru, 1993-1994-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün komandiri və baş cərrahı, 1994-1997-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah Poliklinikasının Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb.

O, 1997-2021-ci illər ərzində Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin cərrahiyyə işləri üzrə müavini kimi fəaliyyət göstərib.

2021-2023-cü illərdə TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışıb.

İmran Qurbanov bu təyinatadək Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsinə isə Günay Muradova təyinat alıb.

Günay Muradova 1998-2004-cü illərdə Azərbaycan Beynəlxalq Universitetində, 2004-2005-ci illərdə Azərbaycan Tibb Universitetində pediatr ixtisasına yiyələnib.

2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisasında təhsil alır.

2004-2005-ci illərdə Respublika Klinik Uşaq Xəstəxanasında həkim-pediatr kimi işləyib.

2007-2020-ci illərdə 4 saylı Birləşmiş Uşaq Xəstəxanasında, 2015-2019-cu illərdə müxtəlif özəl tibb müəssisələrində həkim-pediatr işləyib. 2020-ci ildən bu təyinatadək TƏBİB-in Tibbi sığorta departamentinin Tibbi göndərişlər şöbəsinin baş məsləhətçi vəzifəsində çalışıb.

06 May 2024 Leysan olacaq, dolu yağacaq
06 May 2024 Heyvanlarla bağlı yeni qanun layihəsi hazırlanır
06 May 2024 Bu rayonlar işıqsız qalacaq
06 May 2024 SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!
06 May 2024 Məhkəmədən Anar Məmmədli barədə qərar
06 May 2024 Telekommunikasiya operatorlarından şikayət: Əlavə pul...
06 May 2024 Bakıda bu mənzillərə tələbat artıb - Ekspert
06 May 2024 Diqqət: Uşaqlarınızın fotolarını paylaşmayın!
04 May 2024 Azərbaycanın enerji keçid proqramı: 2030-cu ilə qədər...
04 May 2024 Qurultay keçirilir: İsa Qəmbər yenidən başqan seçiləcək
04 May 2024 Satışa çıxarılan bu mənzillərə tələbat niyə azdır? - Video
03 May 2024 Məmurun təzyiqini qaldırdı, həbs edildi
03 May 2024 Cahangir Hacıyev aclıq aksiyasına başladı
03 May 2024 Tıxaclara əlvida! Nərimanovda yeni yol və tunel çəkilir!
03 May 2024 “Berqa”dan əhvalınızı dəyişəcək layihə
03 May 2024 Sabah 23° isti olacaq
03 May 2024 FHN-in Beynəlxalq Axtarış-Xilasetmə Dəstəsinin taktiki-xüsusi təlimindən - Video
03 May 2024 Biz necə uşaq tərbiyə edirik? - Sosioloq rəyi
03 May 2024 İçərişəhərə giriş məhdudlaşdırılacaq
03 May 2024 Taksidə qazla işləyən maşınlardan istifadə olunacaq?
03 May 2024 Şuşanın yeni məscidi belə olacaq - Video
02 May 2024 Bazar günü imtahan olacaq
02 May 2024 Kamal Kılıçdaroğlu həbs oluna bilər
02 May 2024 DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı - Video
02 May 2024 Balıqçı mağazasına kəsici-deşici alətlər satılırmış - Video
01 May 2024 İyunda ardıcıl beş gün iş olmayacaq
01 May 2024 “Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb
01 May 2024 50 aptekdə yoxlama aparıldı, 7-də nöqsan aşkarlandı
01 May 2024 Keçmiş gömrük əməkdaşının cəzası elan olundu
01 May 2024 Qubad İbadoğlu ilə bağlı yeni qərar verildi